ABŞ sabiq prezidenti Donald Tramp İrana dair milli təhlükəsizlik məsələlərinə həsr olunmuş təcili müşavirə keçirir. Bu barədə “Al Arabiya” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
KONKRET.az xəbər verir ki, müşavirə Ağ Evdə baş tutur. Ağ Evdən verilən məlumata görə, Trampın rəhbərliyi ilə Cümə, Şənbə və Bazar günləri Milli Təhlükəsizlik Şurası ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.
Bu toplantıların əsas gündəm mövzusu İran və regionda artan gərginlikdir.
Natiq Səlim,
KONKRET.az