Tramp: “İranın ABŞ-a hər hansı bir hücumuna min dəfə artıqlaması ilə cavab veriləcək”backend

Tramp: “İranın ABŞ-a hər hansı bir hücumuna min dəfə artıqlaması ilə cavab veriləcək”

ABŞ prezidenti Donald Tramp Politico nəşrində İranın ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirinə qarşı sui-qəsd hazırladığı barədə bir məqaləyə cavab verib.

KONKRET.az xəbər verir ki, Ağ Evin sahibi “Twitter”də bununla bağlı paylaşım edib.

“Mətbuatda yayımlanan məlumatlara görə, İran terrorçuların lideri Süleymaninin qətlinin qisasını almaq üçün ABŞ-a qarşı sui-qəsd və ya başqa hücum planlaşdırılır. İranın ABŞ-a hər hansı bir həmləsi miqyasına görə 1000 qat artıqlaması ilə qarşılanacaq!”. Donald Tramp belə yazıb.

Xatırladaq ki, İran Politico nəşrindəki məqalədə yer alan məlumatları təkzib edib: “ABŞ beynəlxalq aləmdə İran əleyhinə təbliğatına son qoymalı və köhnəlmiş üsulları dayandırmalıdır”.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*