ABŞ-ın sabiq prezidenti Donald Tramp cümə axşamı günü İsrailin İran ərazisinə həyata keçirdiyi hava zərbələrindən əvvəl bir neçə dəfə İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığı aparıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, mənbə söhbətlərin dəqiq məzmununu açıqlamasa da, Trampın hücumların əsas səbəblərindən birinin İranın yeni nüvə sazişi ilə bağlı 60 günlük müddət ərzində razılığa gələ bilməməsi olduğunu düşündüyünü bildirib.
Mənbənin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bazar günü Oman Sultanlığında iranlı rəsmilərlə planlaşdırıldığı kimi görüşməyə və ya görüşün başqa tarixdə keçirilməsinə hazırdır.
Natiq Səlim,
KONKRET.az