Tramp keçən il nə qədər qazanıb? – SƏNƏD YAYILDIbackend

Tramp keçən il nə qədər qazanıb? – SƏNƏD YAYILDI

ABŞ hökumətinin etika idarəsi prezident Donald Trampın 2019-cu ildə qazancının hamısını əks etdirən maliyyə sənədini yayımlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti 1 avqust şənbə günü məlumat verib.

Qeyd olunur ki, Trampın gəlir mənbələrinin siyahısı sənədin 78 səhifəsində yer alıb.

Beləliklə, ötən il Amerika lideri Floridadakı Mar-a-Lago kurort mərkəzi sayəsində 21.4 milyon dollar qazanıb. Vaşinqtondakı otel də 40.5 milyon dollar qazanc gətirib.

Bundan əlavə, “Tramp National Doral Mayami” kurort mərkəzi Trampa 77.2 milyon dollar və Nyu-Cersi ştatının Bedminster şəhərində bir qolf klubu 17.7 milyon dollar gətirib.

Ümumilikdə, qəzetin hesablamalarına görə, Ağ Ev rəhbəri ildə ən azı 446 milyon dollar qazanıb.

Xatırladırıq ki, iyul ayının əvvəlində ABŞ Ali Məhkəməsi Trampın Nyu-York prokuroru Cayrus Vensə vergi bəyannamələrini təqdim etməsini əmr etmişdi ki, ABŞ prezidentinin çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadə halında olub-olmadığını müəyyən edə bilsin.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*