Tramp Kim Çen Inın üzə çıxması haqda açıqlama verəcək – FOTOLARbackend

Tramp Kim Çen Inın üzə çıxması haqda açıqlama verəcək - FOTOLAR

Amerika lideri Donald Tramp KXDR rəhbəri Kim Çen Inın ictimaiyyətə görünməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı mayın 2-də Reuters agentliyi yayıb. Mənbə bildirir ki, o, bu mövzuda “vaxtında” açıqlama verəcəyini vəd edib. “Mən hələ Kim Çen Inla bağlı şərh verməmişəm. Bu barədə vaxtı gələndə bir şey söyləyəcəyik”, – Tramp jurnalistlərə belə deyib.

O, Şimali Koreya liderinin ölümü ilə bağlı yayılan xəbərlərə də münasibət bildirməyib.

Qeyd edək ki, Kim Çen In 12 apreldən bəri ictimaiyyətə görünməyib. Bununla əlaqədar olaraq Şimali Koreya liderinin səhhətindəki ciddi problemlər və uğursuz bir əməliyyat nəticəsində ölümü ilə əlaqəli şayiələr ortaya çıxıb. Mətbuat Kim Çen Inı dəfn edib, KXDR-ə kimin rəhbərlik edəcəyini yazıb.

Həmçinin Koreyanın hakim KXDR İşçi Partiyasının rəsmi mətbuat orqanı “Nodon Sinmun” mayın 2-də Kim Çen Inın şəkillərini yayımlayıb. Şəkillərdə  onun Pxenyan yaxınlığındakı Sunçeon şəhərində bir gübrə zavodunun açılış  mərasimində iştirak etməsi öz əksini tapıb. Orada çəkilən bir fotoda Kim Çen Inın oturduğu tribunanın arxasındakı fonda  2020-ci il may ayının 1-i yazılıb.

 

 

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*