Prezident Donald Tramp Avropa liderlərinə bildirib ki, ABŞ müəyyən şərtlər daxilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, zəmanət NATO çərçivəsində olmayacaq:
“Atəşkəs əldə olunarsa, ABŞ Kiyevi Rusiyanın gələcək təcavüzünə qarşı çəkindirici vasitə ilə təmin etməkdə rol oynamağa hazır olduğunu bildirib”.