Tramp kreslosunda oturmamış Baydenin 78 əmrini ləğv etdibackend

Tramp kreslosunda oturmamış Baydenin 78 əmrini ləğv etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı “Capital One Arenada” keçirilən inauqurasiya mərasimində bir sıra sərəncamlar imzalayıb. Bunların arasında Baydenin 78 icra əmrinin ləğvi də var.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Donald Trampın imzaladığı fərmanlar arasında Ukraynaya və bir sıra ölkələrə yardımın 90 gün müddətinə dayandırılması, ABŞ-nin Paris İqlim Sazişindən, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması, “TikTok” sosial şəbəkəsinə qoyulan qadağanın 75 gün müddətinə təxirə salınması da yer alıb.

Birləşmiş Ştatlar rəhbəri digər fərmanlar da imzalayıb. Bunlar arasında yeni administrasiyanın formalaşdırılması başa çatana qədər dövlət tənzimlənməsi prosesinin dayandırılması, əlavə dövlət işçilərinin işə götürülməsinin dondurulması, hökumətin imkanlarından istifadə etməməsi haqqında siyasi rəqiblərlə mübarizə aparan strukturlar və söz azadlığı məsələsi də var.

Xatırladaq ki, yanvarın 20-də Tramp and içərək ABŞ-ın 47-ci prezidenti oldu. O, vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi və oraya qoşun göndərildiyini elan etdi. Yeni dövlət başçısı həmçinin Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması planlarını təsdiqləyib və ölkədə yalnız iki cinsin tanınacağını bildirib.  O, həmçinin ABŞ-də söz azadlığını bərpa edəcəyinə söz verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*