Tramp kürəkəninin atasına VƏZİFƏ VERDİbackend

Tramp kürəkəninin atasına VƏZİFƏ VERDİ

Senat prezident Donald Trampın Parisdəki səfir vəzifəsinə namizədi Çarlz Kuşneri təsdiqləyib. Səsvermədə 51 senator “hə”, 45-i isə “xeyr” deyib. Yəhudi əsilli iş adamı Kuşner yaxın günlərdə and içəcək.

KONKRET.az xəbər verir ki, Prezident Tramp noyabrın 30-da verdiyi açıqlamada Kuşneri “ölkə maraqlarının güclü müdafiəçisi” kimi təqdim edib.

Qeyd edək ki, o, Trampın kürəkəni Cared Kuşnerin atasıdır.

Çarlz Kuşner daha əvvəl ABŞ Holokost Memorial Şurasında, Nyu-York və Nyu-Cersi Port Authority-də rəhbər vəzifələrdə çalışıb, həmçinin bir sıra nüfuzlu təşkilatların idarə heyətlərində yer alıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*