Tramp Maskla danışmaqdan İMTİNA ETDİbackend

Tramp Maskla danışmaqdan İMTİNA ETDİ

ABŞ prezidenti Donald Tramp texnologiya milyarderi İlon Maskla hər hansı bir ünsiyyətə girmək istəmir. 

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “ABC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Trampın yaxın ətrafı son aylarda Maskın siyasi və ictimai davranışlarının Ağ Evdə narahatlıq yaratdığını bildirib. Mənbələrin sözlərinə görə, Tramp hesab edir ki, İlon Mask “ağlını itirib” və onunla ciddi bir dialoqun mənası yoxdur.

Bu münasibət Tramp və Mask arasında əvvəlki dövrlərdə mövcud olan münasibətlərin tamamilə dəyişdiyini göstərir. Bir vaxtlar Mask Trampın iqtisadi siyasətlərini dəstəkləmiş və bəzi hallarda müşavir qismində çıxış etmişdi. Lakin son zamanlar Maskın Trampın rəqibləri ilə açıq şəkildə əlaqə qurması və siyasi mövzularda kəskin fikirlər səsləndirməsi münasibətləri gərginləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*