ABŞ Polşada hərbi mövcudluğunu azaltmağı planlaşdırmır və onu gücləndirməyi düşünür.
KONKRET.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda amerikalı həmkarı Donald Trampla danışığından sonra deyib.
“Mənim üçün nəticə aydındır: ABŞ-ın Polşadakı mövcudluğunun azalması qorxusu yoxdur, əksinə, onun artacağını güman etmək lazımdır. Tramp mənə dedi ki, heç nəyə görə narahat olmaq lazım deyil, çünki Polşa ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir”, – Duda bildirib.