Tramp Müdafiə Nazirliyinin adını dəyişdibackend

Tramp Müdafiə Nazirliyinin adını dəyişdi

ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin “Müharibə Departamenti”nə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb
ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının dəyişdirilərək “Müharibə Departamenti” olması haqqında sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında Pentaqonun yenidən strukturlaşdırılması ilə bağlı yeni addım atdığını açıqlayıb.

Tramp Müdafiə Nazirliyinin adının “Müharibə Departamenti” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayarkən, lazımi qanunvericilik tədbirlərinin görülməsi üçün Konqresə tələblərini təqdim edəcəklərini bildirib.

Tramp auditoriyada olan müdafiə naziri Pit Heqsetə də müraciət edərək, “Pit Heqseti Müharibə Naziri adlandıracağam” deyib.

 

Müşviq Tofiqoğlu 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*