Tramp prezident Baydeni debata çağırdıbackend

Tramp prezident Baydeni debata çağırdı

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp hazırkı prezident Cozef Baydeni televiziya debatlarına çağırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu çağırışı respublikaçı rəqibi Nikki Heylinin namizədlik yarışından çəkilməsindən bir neçə saat sonra səsləndirib.

O, prezidentlə “istənilən vaxt, istənilən yerdə” teledebata çıxmağa hazır olduğunu bəyan edib.

“Ölkəmizin rifahı naminə bizim Co Baydenlə çox vacib olan məsələləri müzakirə etməyimiz vacibdir”, – deyə Tramp sosial media səhifəsində yazıb.

Baydenin seçki qərargahı isə bu təklifə “Tramp diqqət hərisidir” açıqlaması ilə cavab verib.

Qeyd edək ki, noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı hələlik heç bir debat razılaşdırılmayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*