Tramp prezident seçiləcəyi təqdirdə Ukraynaya silahı bu şərtlə verəcəkbackend

Tramp prezident seçiləcəyi təqdirdə Ukraynaya silahı bu şərtlə verəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə Ukraynaya silahı yalnız Rusiya ilə sülh danışıqlarından sonra verə biləcəyini deyib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, müşavirləri ona prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada hərbi əməliyyatı başa çatdırmaq planını təqdim ediblər.

Trampın Ukrayna qarşısında qoyacağı şərt bu olacaq ki, ABŞ silahlarının əldə edilməsi yalnız Rusiya ilə sülh danışıqlarına başladıqdan sonra mümkün olacaq.

Strategiya ilə tanış olan Tramp ona müsbət reaksiya verib. Keçmiş prezident noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini demişdi. Lakin o, planın konkret təfərrüatlarını açıqlamayıb.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*