ABŞ rəhbərliyi Prezident Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli sammiti 22 avqust tarixində keçirməyi planlaşdırır.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Axios portalı iki mənbəyə istinadla məlumat yayıb.
NBC News-un məlumatına görə, ABŞ Ukrayna üçün gələcək sülh sazişi çərçivəsində NATO tipli təhlükəsizlik zəmanətləri verməyə hazırdır, lakin Donald Tramp ölkədə Amerika hərbçilərinin yerləşdirilməsini nəzərdən keçirmir.
Məsələ ilə bağlı danışıqları ABŞ-ın dövlət katibi Marko Rubio və vitse-prezident JD Vance aparır. Onlar Ukrayna rəsmiləri, o cümlədən Prezident Aparatının rəhbəri Andrey Yermak ilə görüşlər keçirirlər.