Prezident Donald Tramp ABŞ-ı YUNESKO-dan çıxarmaq qərarına gəlib. Çünki təşkilat Amerikanın maraqlarına xidmət etməyən təşəbbüsləri dəstəkləyir.
KONKRET.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib.
“Prezident Tramp siyasətinə tamamilə zidd olan bölücü təşəbbüsləri dəstəkləyən YUNESKO-dan çıxmaq qərarına gəlib. ABŞ administrasiyası YUNESKO-nun müxtəliflik, bərabərlik və inklüzivlik siyasəti ilə razılaşmır və təşkilatı Fələstin və Çin tərəfdarı olduğu üçün qərəzli hesab edir”, – Kelli vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az