Tramp qoşunların bir hissəsini Almaniyadan Polşaya köçürmək niyyətini bir daha təsdiqlədibackend

Tramp qoşunların bir hissəsini Almaniyadan Polşaya köçürmək niyyətini bir daha təsdiqlədi

ABŞ prezidenti Donald Tramp qoşunların bir hissəsini Almaniya ərazisindən Polşaya keçirmək niyyətini bir daha təsdiqləyib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, onlar “iki fərqli nöqtəyə” köçürüləcəklər.

“Mən hərbçilərin yarısını evə gətirəcəyəm, qalan yarısı onlara layiq yerlərə gedəcəklər”. Tramp “The Washington Post”un və Fox telekanalının icmalçısı Mark Tissenə verdiyi müsahibəsində belə deyib.

İyunun 5-də ABŞ prezidenti Almaniyada olan ABŞ qoşunlarının sayının azaldılması barədə əmr verib. 2020-ci ilin sentyabrına qədər demək olar ki, 9,5 min əsgər və zabit Avropa ölkəsindən çıxarılacaq.

İyunun 15-də Tramp Vaşinqtonun Almaniyadakı qoşunlarının sayını 25 minə endirəcəyini söyləyib. Hazırda Almaniyada 34 minə yaxın Amerika əsgəri yerləşdirilib.

İyunun 24-də Tramp qoşunların bir hissəsini Polşaya köçürmək planlarını təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyi Almaniyadakı hərbi mövcudluğunu azaltma prosesini sürətləndirməyə başlayıb. “The Washington Post” qəzetinin yazdığına görə, Pentaqon praktiki olaraq dövlət başçısının istəklərini nəzərə almır. Eyni şəkildə hərbi qurum Trampın Əfqanıstandan qoşunların çıxarılması planlarına reaksiya göstərir.

Ağ Ev prezidentin seçki vədini yerinə yetirmək üçün qalan hərbi heyətini geri çəkmək niyyətindədir, lakin Pentaqon bu məqsədə mane olur, News.ru yazıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*