Tramp Rusiyaya sanksiyalardan danışdıbackend

Tramp Rusiyaya sanksiyalardan danışdı

Prezident Vladimir Putinlə Alyaskada görüş çox yaxşı keçdiyi üçün hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə ehtiyac görmür.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Tramp avqustun 16-da sammitdən sonra “Fox News” telekanalına müsahibəsində Rusiya üçün mümkün nəticələrlə bağlı sualı cavablandırarkən deyib:

“Bu gün baş verənlərə görə, indi bu barədə düşünməyə ehtiyac görmürəm. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi”, – deyə Ağ Evin rəhbəri əlavə edib.

Eyni zamanda o, gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib:

“Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacağam, amma indi bu barədə düşünməyə ehtiyac yoxdur”, – deyə Tramp qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*