Tramp Rusiyaya süni nəfəs aparatı göndərib? – demokratlar ondan izahat istəyirbackend

Tramp Rusiyaya süni nəfəs aparatı göndərib? – Konqres ondan izahat istəyir

ABŞ Konqresi prezident Donald Trampdan Rusiyaya süni nəfəs aparatının göndərilməsinə dair izahat tələb edir. Nümayəndələr Palatası Ağ Evə müvafiq məktub göndərib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “ The Hill” nəşri yayıb.

Demokratlar hesab edilər ki, bu aparatlar amerikalıların həyatını xilas etməlidir, Tramp isə onlardan “siyasi qazanc” üçün istifadə edir.

“Rusiyaya həyati əhəmiyyətli havalandırma cihazları verdiyiniz barədə son məlumatlardan çox narahatıq. Halbuki onlar ABŞ-da koronavirus böhranı ilə mübarizədə və amerikalıların həyatını xilas etmək üçün lazımdır”. Məktubda deyilir.

Demokratlar vurğulayıblar ki, Amerikanın vergi ödəyiciləri bu cihazları xarici ölkələrə satanda  “siyasi qazanc” əldə etməməlidirlər.

Tramp bu məktuba 4 iyun tarixinə qədər cavab verməlidir.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ABŞ-ın Rusiyaya 4.7 milyon dollar dəyərində 200 havalandırma maşını hədiyyə edəcəyini bildirmişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*