Tramp Türkiyəyə “Patriot” verəcəkmi? – Ərdoğanın hansı çıxış yolu varbackend

Tramp Türkiyəyə "Patriot" verəcəkmi? - Ərdoğanın hansı çıxış yolu var

Türkiyənin “Evrensel” nəşrinin əməkdaşı Yusuf Karataş Ankaranın İdlib əyalətindəki hərəkətlərindən, Rusiya və ABŞ-la hərbi hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı siyasi sövdələşmələrdən məmnun deyil. Onun fikrincə, Vaşinqton Suriyanın şimal-qərbindəki Rusiyanın hücumlarını dəf etmək üçün Türkiyəyə “Patriot” sistemini təqdim etsə, bu, problemi həll etməyəcək, ölkə dalana dirənəcək. Ərdoğanın hansı çıxış yolu var?

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Trampdan Ərdoğanla “Patriot”un alınmasına dair danışıqlar aparıb-aparmadığını soruşduqda “yaxşı xəbəri” çatdırıb: “Biz çoxlu danışıqlar aparırıq, o cümlədən məhz sizin dediklərinizi müzakirə edirik”.

Məlum olduğu kimi, 36 Türk hərbçisinin həlak olduğu İdlib hücumundan sonra, Türkiyənin ABŞ-dan Hava Hücumundan Müdafiə sistemi “Patriot” tələb etməsi barədə məlumatlar yayıldı və bu məlumatları Türkiyənin xarici işlər naziri Çavuşoğlu da təsdiq etdi ki, “ABŞ “Patriotlar”a qayıda bilər, çünki indi hava hücumundan müdafiə sisteminə ehtiyacımız var”.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Pompeo İdlibdəki hücumu şərh edərkən Suriya rejimi ilə yanaşı, Rusiyanı, İranı, “Hizbullah”ı ittiham edib və ABŞ-ın “Türkiyəyə yardım variantlarını nəzərdən keçirdiyini” bildirib.

Bu, “Patriotlar”ın ticarəti üçün qapıların açılması barədə siqnallar verir.

ABŞ-ın NATO yanında daimi nümayəndəsi Hatçison İdlibdəki hücumdan sonra verdiyi bəyanatda deyib: “Ümid edirəm ki, Prezident Ərdoğan bizim onların keçmişinin və gələcəyinin müttəfiqi olduğumuzu anlayacaq, S-400-dən imtina edəcək”.

Göründüyü kimi, dünən imperializmə qarşı çıxdıqlarını iddia edənlər bu gün “Hey Tramp!” deyə Trampın köməyi haqda dua edirlər. ABŞ isə Türkiyə rəhbərliyinin daha çox tələyə düşdüyünü görüb: “Əlbəttə ki, əvvəlcə S-400-dən başlayacağıq”, — və bazarlıq üçün masa hazırlayırlar.

Belə olan halda bizim sualımıza qayıdaq: ABŞ bizim “əsl müttəfiq” olduğumuzu iddia edərək, Türkiyəyə “Patriotlar” versə, doğrudan da, ölkəmizin təhlükəsizliyi barədə düşünəcəkmi?

Bu suala cavab verməzdən əvvəl aşağıdakıları da qeyd etmək lazımdır. Türkiyənin xahişi ilə təcili iclas keçirən NATO “Türkiyənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi” haqqında qərar qəbul etdi, lakin Yunanıstan Türkiyə tərəfinin Aİ ilə imzalanmış qaçqınlarla bağlı sazişin yerinə yetirilməsi şərtini irəli sürərək bu qərara veto qoydu. Lakin sonra Yunanıstan sərhədinə on minlərlə qaçqının gəlməsinə baxmayaraq, etirazını geri çəkdi və bu, Yunanıstana Türkiyə ilə ABŞ-NATO arasında ticarətin başlanması üçün təzyiqlərin olduğunu göstərir.

İndi S-400-ə gəlincə, ABŞ-ın imtinasını “Patriot”un ötürülməsi üçün əsas kimi nəzərdən keçirir.

Daha əvvəl Prezident Ərdoğan S-400 hava hücumundan müdafiə sisteminin Rusiyadan alınmasının “Milli Təhlükəsizlik və suverenlik məsələsi” olduğunu, bu razılaşmanın Türkiyəni imperialistlər arasında münaqişəyə daha çox cəlb edildiyini söyləyib.

Rusiyadan 2,5 milyard dollara qədər alınan S-400-ün işə salınmasına hələ start verilməyib, verilsəydi, İdlibdə onlardan istifadə etmək olardımı? Əlbəttə, yox.

Axı, Türkiyə S-400-ü satın aldıqda, sistemin elektron kodlarını ona verməyi xahiş etmişdi, lakin Rusiya bu tələbi rədd etmişdi. Buna əsaslanaraq, ruslar Türkiyədə S-400 raketlərinin  yerləşdirilməsini və onlara xidmət göstərilməsini həyata keçirməli idilər. Bu raketlər rusların nəzarəti ilə radarlarla işləməli idilər. Beləliklə, bu raketlərdən Rusiyanın radiolokasiya sistemlərinin təhlükə kimi tanımadığı regionlara / ölkələrə qarşı istifadə etmək mümkün olmayacaq. Buna görə də, əgər bu raketlər istismara verilsəydi, Rusiya İdlib əməliyyatını həyata keçirən Suriya ordusuna qarşı bu raket komplekslərinin və Suriya ordusunu havadan dəstəkləyən öz təyyarələrinin istifadəsinə cavab olaraq “hə” deməzdi.

ABŞ prezidenti Tramp bu gün Ərdoğanı ruslarla bağlanmış S-400 üzrə razılaşmadan imtina etməyə çalışır və “Patriotlar” vermək istəyir ki, İdlibdə Türkiyə və Rusiya daha çox üz-üzə qalsın.

Amma “Patriot”un ABŞ-dan alınması və ya NATO-nun İdlib müharibəsinə cəlb edilməsi cəhdlərinin Türkiyəni daha çox imperialistlərin münaqişəsinə cəlb etməkdən və ölkəni böyük təhlükələr qarşısında qoymaqdan başqa heç bir nəticə verməyəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*