Tramp: Twitter ABŞ prezidentini “hədəf” seçibbackend

Tramp: Twitter ABŞ prezidentini "hədəf" seçib

ABŞ lideri Donald Tramp “Twitter”in Respublikaçılar, Mühafizəkarlar və ABŞ Prezidentini “hədəf” seçdiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Twitter “Çin və ya Demokratlar Partiyasının radikal solçuları tərəfindən yayılan” yalanlarını və təbliğatını silmək istəmir.

“Onlar Respublikaçılar, Mühafizəkarlar və ABŞ Prezidentini hədəflərinə çevirdilər” deyib Tramp.

Daha əvvəl Twitter Trampın “Şəhər meri vəziyyəti nəzarət altına almasa, Milli Qvardiya döyüşçülərini Minneapolisə göndərəcək”  postunu gizlətmişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*