Tramp Ukrayna rəsmilərinə dedi ki… – Bolton daha bir sirri açdıbackend

Tramp Ukrayna rəsmilərinə dedi ki... – Bolton daha bir sirri açdı

ABŞ prezidenti Donald Tramp Ukrayna hakimiyyətini siyasi rəqibi Cozef Baydenin istintaqını aparmağa məcbur edib.

KONKRET.az xəbər verir ki, bunu iyunun 23-də prezidentin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Fox News telekanalına verdiyi müsahibəsində açıqlayıb.

Söhbət Boltonun xatirələrinin nəşr olunduğu “Bunun baş verdiyi otaq: Ağ evin xatirələri” adlı kitabından gedir.

“Müşahidələrimə əsasən, prezident Tramp Ukraynadakı gücündən öz siyasi məqsədlərini irəli sürmək üçün istifadə etdi” deyib keçmiş müşavir.

O vurğulayıb ki, “təəssüfedici hərəkətlər oldu, bunların hamısı impiçment üçün səbəb olmayacaqdır”.

Boltonun sözlərinə görə, Trampı günahlandırmaq istəyən demokratlar “ilk növbədə dar siyasi məqsədlərini həyata keçirdikləri üçün uğursuzluğa səbəb olan bir strategiya qəbul etdilər”.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*