ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 24 saat ərzində dayandıra biləcəyi ilə bağlı öncəki açıqlamasının sarkazm olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirib-etdirməyəcəyi ilə bağlı dəqiq mövqe açıqlamayıb:
“Bu məsələni nəzərdən keçirəcəyik”, – deyə Tramp qeyd edib.
Prezident həmçinin Vaşinqtonun Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərmək imkanını da araşdıracağını deyib.
Eyni zamanda o vurğulayıb ki, belə sistemlərə ABŞ-ın özü də ehtiyac duyur.
Natiq Səlim,
KONKRET.az