ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək istəyir, lakin şərtlər onu çox da maraqlandırmır.
KONKRET.az xəbər verir ki, bu barədə Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Yaponiya ictimai televiziyasına müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu, Ukrayna üçün pis xəbərdir.
Bolton, həmçinin Rusiyanın cəbhədəki mövcud vəziyyətə əsasən atəşkəslə bağlı razılığın əldə edilməsində və bölücü xətlərin müəyyən edilməsində maraqlı ola biləcəyi barədə fikir bildirib.
“Və bu atəşkəs nə qədər uzun sürərsə, bu xətlərin Rusiya ilə Ukrayna arasında yeni sərhədə çevrilmə ehtimalı bir o qədər yüksəkdir”, – deyə keçmiş müşavir əlavə edib.
Rəsmiyyə Şərifova
KONKRET.az