Tramp Ukraynaya zəmanət verdibackend

Tramp Ukraynaya zəmanət verdi

ABŞ Prezidenti Donald Tramp qapalı danışıqlar zamanı ukraynalı həmkarı Volodimir Zelenskiyə və G7 liderlərinə Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşün nəticəsindən asılı olmayaraq Ukraynaya hərbi tədarükün davam etdiriləcəyinə dair zəmanət verib.

KONRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ lideri müttəfiq ölkələrin Alyaskada “Yalta ssenarisi”nin mümkün təkrarlanması ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışıb.

Trampın zəmanətləri Vaşinqton və Moskva arasında birtərəfli razılaşmalardan ehtiyatlanan avropalı tərəfdaşlar arasında gərginliyi azaltmaq cəhdi kimi qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*