Dünya liderləri Hollandiyada keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, sammit çərçivəsində müzakirə ediləcək əsas mövzular təhlükəsizlik, müdafiə əməkdaşlığı və Ukrayna müharibəsi ilə bağlı məsələlərdir. Axşam saatlarında isə Niderland Kralı Villem-Aleksandr liderlərin şərəfinə ziyafət verib. Tədbirdə maraqlı məqamlar da yaşanıb.
Xüsusilə ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın samimi görüntüləri diqqətdən yayınmayıb.
Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlərin də keçirilməsi gözlənilir.