“Tramp və Kim Çen Inın görüşü səhv idi” – Boltonun kitabından sitatlarbackend

“Tramp və Kim Çen Inın görüşü səhv idi” – Boltonun kitabından sitatlar

2018-ci ildə ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında Sinqapurda baş tutan görüş strateji səhv idi.

KONKRET.az xəbər verir ki, bu fikri prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton ABC-yə verdiyi müsahibəsində söyləyib.

Bolton dövlət başçısının yalnız son mətbuat konfransında və Kim Çen Inla birgə fotosessiyada jurnalistlərin sayı ilə maraqlandığını qeyd edib. Onun sözlərinə görə, bu görüş ABŞ-a yox, Trampa xeyir verib.

Keçmiş səlahiyyətli Trampın Şimali Koreyaya əsassız güzəşt edə biləcəyindən çox narahat olduğunu da deyib. Belə ki, danışıqlar zamanı dövlət başçısı Pentaqonda ciddi qıcıq yaratmış Koreya yarımadasında təlimlərdən imtina barədə danışıb.

Bundan əvvəl Bolton ölkənin xarici siyasətinin nəticələrinə də qiymət verib. Onun sözlərinə görə, Trampın Rusiya və Çin ilə uzunmüddətli əməkdaşlıq planı yoxdur. Bundan əlavə, son üç il ərzində ABŞ İranı saxlaya bilməyib.

Bolton qalmaqallı xatirələrini yayımlamaq niyyətindədir. Orada, xüsusilə, Trampın Şimali Koreya lideri Kim Çen In ilə danışığının detalları, Ağ Evin Ukraynaya qarşı siyasəti, Amerika prezidentinin Çin lideri Si Szinpinə bu il yenidən seçilmək üçün kömək istədiyi iddiası təsvir edilib.

Prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, 2019-cu ilin sentyabrında ABŞ administrasiyasından qovulub. Sonra Tramp özünün və komandasının bir çox üzvünün siyasətçinin təklifləri ilə razılaşmadığını bildirib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*