ABŞ prezidenti Donald Tramp və onun administrasiyası üzvləri şəxsi mobil telefonlardan fəal şəkildə istifadə edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə nüfuzlu Axios nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, şəxsi rabitə vasitələrinin istifadə olunması Tramp və ətrafındakı şəxsləri həm telefon dələduzlarına, həm də xarici xüsusi xidmət orqanlarının müdaxiləsinə qarşı daha həssas edir.
Mənbələrin sözlərinə görə, Ağ Evdə təhlükəsizlik rahatlıq və sürət naminə ikinci plana keçib. Bu yanaşma isə yüksək səviyyəli manipulyasiyalar və xarici müdaxilə üçün əlavə imkanlar yaradır.
Bununla belə, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq vəziyyəti fərqli qiymətləndirərək qeyd edib:
“Bu praktika Trampı ABŞ tarixində ən şəffaf və açıq prezident edir”.
Natiq Səlim,
KONKRET.az