Yaxın vaxtlarda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş baş tuta bilər.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.
“Fevral və ya mart – təxmin etməyək, liderlərə ciddi və hərtərəfli hazırlaşmaq fürsəti verək, amma tezliklə olacaq”, – o, görüşlə bağlı sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ prezidentləri arasında təmas ehtimalı 100 faizdir:
“Və ümid edirəm ki, bu görüşün bugünkü dünya siyasətinin ən aktual problemləri üçün konstruktiv nəticələri olacaq. Bu, Ukrayna, Yaxın Şərq və ümumiyyətlə, yaxın gələcəkdə dünya siyasəti və beynəlxalq münasibətlər məsələləridir. Əminəm ki, bu, əlamətdar görüş olacaq və nəticəsiz qalmayacaq”.