Tramp Venesuelanı idarə edəcək ABŞ rəsmilərinin adlarını AÇIQLADIbackend

Tramp Venesuelanı idarə edəcək ABŞ rəsmilərinin adlarını AÇIQLADI

Prezident Donald Tramp ABŞ-ın Venesueladakı iştirakına nəzarət edəcək bir qrup məmurun adını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bunu NBC News-a verdiyi müsahibədə açıqlayıb.

Trampın sözlərinə görə, Venesuelanın idarə olunmasında aşağıdakı şəxslər iştirak edəcək:
ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Miller və ABŞ vitse-prezidenti J.D. Vens.

“Bu qrup insanlar müxtəlif sahələrdən və ixtisaslardan gəlir. Onların fərqli təcrübələri var”, – deyə Tramp bildirib.

ABŞ-ın Venesueladakı idarəçiliyinə əsasən kimin məsul olacağı soruşulduqda, Tramp bir sözlə cavab verib: “Mən”.

Eyni müsahibədə Tramp həmçinin Nikolas Maduronun qaçırılmasından sonra prezident vəzifəsini icra edən Venesuela vitse-prezidenti Delsi Rodrigezin ABŞ rəsmiləri ilə əməkdaşlıq etdiyini bildirib. Lakin, Amerika liderinin qeyd etdiyi kimi, əməliyyatdan əvvəl onunla heç bir əlaqə olmayıb.

Bundan əlavə, ABŞ Prezidenti Rodrigezin əməkdaşlığı dayandıracağı təqdirdə ABŞ-ın ikinci hərbi müdaxiləyə başlaya biləcəyinə işarə edib. (modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*