Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalışacağıqbackend

Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalışacağıq

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib”.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb

“Görüşdə xeyli irəliləyiş əldə olunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq”, – Donald Tramp yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş təxminən üç saat davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı cənab Putin Ukraynadakı mnaqişənin həlli ilə bağlı bəzi siqnallar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*