Tramp yaxın vaxtlarda İraq və Əfqanıstanda hərbçilərin ixtisarını elan edəcəkbackend

Tramp yaxın vaxtlarda İraq və Əfqanıstanda hərbçilərin ixtisarını elan edəcək

ABŞ prezidenti Donald Tramp çərşənbə günü İraqdakı qoşunların ixtisarını elan edəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Önümüzdəki günlərdə ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun azaldılması barədə elanı hamı eşidəcək.

Hazırda İraqda İŞİD-lə mübarizə üçün təxminən 5200 Amerika əsgəri var.

Anonim bir mənbə, avqust ayında ABŞ-ın İraqdakı qoşun sayının təxminən üçdə birinin önümüzdəki aylarda azaldılacağını deyib.

Hazırda Əfqanıstanda təxminən 8600 Amerika əsgəri var.

Daha əvvəl Axios-a verdiyi müsahibədə Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşun sayını təxminən 4000-ə endirməyi planlaşdırdığını söyləyib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*