Tramp yenə Türkiyəni hədələdibackend

Tramp yenə Türkiyəni hədələdi

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.

KONKRET.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib: “Əgər Türkiyə lüzumsuz hərəkətlərə yol verərsə, düşünmürəm ki, bu, baş verəcək, amma bizim heç kəsin bilmədiyi qüvvəmiz var – bu sanskiyalardır, bu rüsumlardır. Biz rüsumlar, sanksiyalar tətbiq edəcəyik”.

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: “Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*