Diplomatiyada təsadüf hesab olunmayan incəliklər var.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni siyasi xadim Edqar Qazaryan Feysbuk hesabında yazıb.
“Bu yaxınlarda İsrail, Yaponiya və Hindistanın baş nazirləri, İordaniya kralı, Fransa və Ukrayna prezidentləri Ağ Evə rəsmi səfər ediblər.
Həmin görüşlərin yalnız üçündə ABŞ prezidentinin kabinetində soba (kamin) yandırılmamışdı. Yəni otaqda istilik yox idi. Tramp “istilik” olmadan Hindistanın baş nazirini, Fransa və Ukrayna prezidentlərini qəbul etdi”, – Qazaryan qeyd edib.
O, bunları Trampın həmin şəxslərə qarşı soyuq mövqeyi kimi təqdim edib.