Tramp Zelenskiyə şərt qoydu: “Danışıqlar masasına oturmaq istəyirsə…”backend

Tramp Zelenskiyə şərt qoydu: "Danışıqlar masasına oturmaq istəyirsə..."

“Ukrayna danışıqlar masası arxasında oturmaq istəyirsə, ölkədə seçkilər keçirməlidir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskinin reytinqi 4%-ə düşüb.

“Zelenskinin reytinqi 4%-ə qədər aşağı düşüb. Ölkə bərbad vəziyyətdədir. Ukraynada uzun müddətdir ki, seçkilər olmayıb. Ukraynanı prosedura sövq edən Rusiya deyil, ölkədəki vəziyyətdir. Zelenski ABŞ-ın Ukraynaya ayırdığı pulun yarısının hara xərcləndiyini bilmir”.

Tramp Avropadan Ukraynaya ABŞ-ın iştirakı olmadan sülhməramlıların göndərilməsini dəstəkləyib.

“Döyüşlər başa çatdıqdan sonra Avropa qoşunlarının Ukraynada yerləşməsi yaxşı olardı və ABŞ-ın qoşun göndərməsinə ehtiyac qalmaz, çünki biz çox uzaqdayıq”, – Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*