Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın rüsum artımı qərarına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Meksika tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək. Eyni zamanda, problemlərin dialoq yolu ilə həllinə açıq olduqlarını vurğulayıb.
Şeynbaum Prezident Trampa cinayət dəstələri ilə mübarizə üçün birgə işçi qrupu yaratmağı təklif edib və Meksikanın ABŞ-a narkotik axınına qarşı olduğunu qeyd edib.