Trampa sui-qəsddən sonra ABŞ Gizli Xidmətinə HANSI CƏZA VERİLİB? – SİRR PƏRDƏSİ ARALANIRbackend

Trampa sui-qəsddən sonra ABŞ Gizli Xidmətinə HANSI CƏZA VERİLİB? - SİRR PƏRDƏSİ ARALANIR

Donald Trampa qarşı 2024-cü ildə Batler şəhərində edilən sui-qəsd cəhdindən sonra ABŞ Gizli Xidmətində ciddi intizam tədbirləri görülməyib.

KONKRET.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, hadisədən keçən bir il ərzində cəmi altı əməkdaş məsuliyyətə cəlb edilib.

Bildirilir ki, həmin şəxslər qısa müddətə əməkhaqqı saxlanılmadan vəzifədən uzaqlaşdırılıb, lakin onların barəsində daha sərt cəza tədbirləri görülməyib.

Məlumat ictimaiyyət arasında narazılıqla qarşılanıb, çünki prezidentliyə namizəd olmuş şəxsə qarşı silahlı hücum baş verib və bu, təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu üzə çıxarıb.

Xatırladaq ki, hadisə zamanı Donald Tramp yüngül xəsarət almış, lakin hadisə ölkə və dünya ictimaiyyətində böyük rezonans doğurmuşdu.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*