Almaniya XİN başçısı: “Fələstin dövlətinin tanınması hələ tezdir, amma…”backend

Almaniya XİN başçısı: “Fələstin dövlətinin tanınması hələ tezdir, amma...”

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Fələstin dövlətinin dərhal tanınması hələlik vaxtsızdır, lakin iki dövlətli həll yolunun yaradılması prosesi dərhal başlanmalıdır.

KONKRET.az xəbər verir ki, nazir bu barədə çıxışında deyib: “Danışıqlar yolu ilə əldə olunacaq iki dövlətli həll həm israillilər, həm də fələstinlilər üçün yeganə sülh, təhlükəsizlik və ləyaqət yoludur. Almaniya üçün Fələstinin tanınması bu prosesin yekunu ola bilər, lakin biz prosesi dərhal başlatmalıyıq”.

Onun sözlərinə görə, BMT-nin son konfransı göstərdi ki, İsrail beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunur:

“İsrail hökumətinin bəzi üzvləri tərəfindən irəli sürülən açıq ilhaq çağırışları fonunda Avropada getdikcə daha çox ölkə Fələstini öncədən razılaşdırılmış danışıqlar olmadan belə tanımağa hazırdır”.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*