Tramp ABŞ-da 2030-cu ilədək 10 yeni nüvə reaktoru inşa olunmasını tapşırıb.
KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Ev tərəfindən yayılan fərmanda 2030-cu ilə qədər ölkədə 10 yeni nüvə reaktorunun tikilməsi tapşırığını verib.
Sənəddə həmçinin Energetika Nazirliyinə mövcud nüvə reaktorlarının gücünün 5 gigavat artırılması, bağlanmış atom elektrik stansiyalarının işə salınması, fəaliyyət göstərən AES-lərin istehsal gücünün artırılması və nüvə yanacağı tədarük zəncirinin yaxşılaşdırılması tapşırılır.
Bu addımlar ABŞ-ın enerji təhlükəsizliyini gücləndirmək və nüvə enerjisindən daha geniş istifadəsini təmin etmək məqsədini daşıyır.
Natiq Səlim,
KONKRET.az