Trampdan şok AÇIQLAMA: ABŞ NATO-dan çıxacaq?backend

Trampdan şok AÇIQLAMA: ABŞ NATO-dan çıxacaq?

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “NBC News” telekanalına açıqlamasında bildirib.

“Əgər onlar öhdəliklərini yerinə yetirsələr, təbii ki”, – deyə Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala cavab verib.

O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Xatırladaq ki, Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Seçkidə qalib gələcəyi təqdirdə, o, ABŞ-ni Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, onun tərkibindən çıxacağı ilə hədələyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*