Trampdan TikTok-la bağlı QƏRARbackend

Trampdan TikTok-la bağlı QƏRAR

ABŞ Prezidenti Donald Tramp ölkədə TikTok-un qadağan olunmasını nəzərdə tutan qanunun qüvvəyə minmə tarixini uzada bilər. O, deyib ki, əgər razılaşma əldə olunmasa, müddətin uzadılması mümkündür.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə NBC News-a verdiyi müsahibədə danışıb.

Qanuna əsasən, Tik-Tok Amerika şirkətinə satılmadığı təqdirdə ölkədə qadağan edilməli idi. Əvvəlcə bu qadağa yanvarın 19-da qüvvəyə minib, lakin həmin gün tətbiqə giriş yenidən mümkün olub.

Prezident Tramp vəzifəyə gəldiyi ilk gündə bu qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb. Aprelin 4-də isə bu müddəti daha 75 gün uzadıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*