Trampdan XƏBƏRDARLIQ: “Bu halda ABŞ yenidən İranı bombalayacaq”backend

Trampdan XƏBƏRDARLIQ: "Bu halda ABŞ yenidən İranı bombalayacaq”

Tramp yenidən İranı təhdid edib.

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt bəyanat səsləndirib.

O bildirib ki, İran uranı zənginləşdirməyə davam edərsə – xüsusilə hərbi məqsədlə – ABŞ buna yenidən hərbi yolla cavab verəcək.

Tramp qeyd edib ki, ABŞ İranın nüvə ambisiyalarına heç bir şəkildə icazə verməyəcək, bu, Vaşinqtonun qırmızı xəttidir.

“Zərbələr zamanı hədəf alınan obyektlərin içindəki materialların oradan çıxarılması çox çətin idi. Biz hesab edirik ki, hamısı hələ də oradadır.” , – deyə ABŞ prezidenti qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*