Tramp Pasxa bayramı öncəsi bildirib ki, ölkədə məhsul qıtlığına baxmayaraq, Ağ Evi bəzəmək üçün saxta yumurtalardan istifadə etmək istəmir.
KONKRET.az xəbər verir ki, Ağ Evi yumurta ilə təmin edən “American Egg Board” amerikalı fermerlərin tədbir üçün təxminən 30.000 yumurta bağışlayacağını açıqlayıb.
AEB-dən verilən məlumata görə, bunlar ölçüsünə görə satış üçün yararsız olan yumurtalardır.
Qeyd edək ki, ABŞ quş qripi epidemiyası səbəbindən yumurta qiymətlərində kəskin artımla üzləşib.
Aynurə İsmayıl