ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə ilk böyük xarici səfərinə İsraili daxil etməməsi Təl-Əvivdə narahatlıq yaradıb. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən səfər planında Qüdsə yer verilməməsi İsrail tərəfindən diplomatik narazılıq kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, Tramp administrasiyası İsrail Baş naziri Benyamin Netanyahunu İran-Həmas əlaqələri və Yəmən-Səudiyyə Ərəbistanı məsələləri kimi kritik sənədlərdən kənarda saxlayır.
Mənbələr bildirir ki, Tramp administrasiyası Netanyahuya Yaxın Şərqdə yaşanan əsas proseslərə dair ətraflı məlumat vermir. Bu isə İsrail hökumətində ABŞ-la koordinasiyanın zəifləməsi ilə bağlı narahatlıqları artırır.
Hazırkı səfər və bu çərçivədə verilən mesajlar Vaşinqtonun İsrailə olan münasibətində müəyyən dəyişikliklərin baş verdiyini və Tramp administrasiyasının regiondakı siyasi balansları yenidən formalaşdırmağa çalışdığını göstərir.
Aynurə İsmayıl
KONKRET.az