Trampın bu addımı Putinin müharibəni dayandırmasına səbəb olacaq – YENİ MƏQAMLARbackend

Trampın bu addımı Putinin müharibəni dayandırmasına səbəb olacaq - YENİ MƏQAMLAR

“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi Moskvanın iqtisadi və texnoloji imkanlarını daha da məhdudlaşdırmağı hədəfləyir”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Züriyyə Qarayeva

Onun sözlərinə görə, sanksiyalar əsasən Rusiya müdafiə sənayesi, enerji sektoru və maliyyə qurumlarını əhatə edir:

“Bu addımlar Rusiyanın hərbi potensialını zəiflətmək və müharibə maşınını dayandırmaq baxımından ciddi təzyiq vasitəsidir. Texnoloji avadanlıqlara və xarici maliyyə axınlarına çıxışın məhdudlaşdırılması isə Kreml üçün uzunmüddətli strateji çətinliklər yarada bilər”.

Politoloq əlavə edib ki, sanksiyaların qısa müddətdə atəşkəsə səbəb olacağı real görünmür:

“Vladimir Putin bu mərhələdə geri çəkilməyə meyilli deyil. Rusiya iqtisadiyyatı indiyə qədərki təzyiqlərə müəyyən qədər uyğunlaşa bilib. Lakin zamanla daxili narazılığın artması və iqtisadi təcridin dərinləşməsi Kremlin danışıqlarda daha açıq mövqe nümayiş etdirməsinə yol aça bilər”.

Qeyd edək ki, yeni sanksiyalar paketi Rusiyanın hərbi texnologiyalar və maliyyə resurslarına çıxışını məhdudlaşdırmaqla yanaşı, müttəfiq şirkət və ölkələri də hədəf alır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*