Trampın buraxdığı səhvlərdən tərcüməçi ŞOK OLDU – Qadın nəyi necə tərcümə edəcəyini bilmədi – VİDEObackend

Trampın buraxdığı səhvlərdən tərcüməçi ŞOK OLDU - Qadın nəyi necə tərcümə edəcəyini bilmədi – VİDEO

Tez-tez etdiyi səhvlərlə gündəm olan ABŞ prezidenti Donald Tramp İtaliya prezidenti ilə görüşündə söylədiyi yanlış məlumatlar və səhvlərlə sosial mediada lağa qoyulub.

Belə ki, Ağ Evdə gerçəkləşdirilən görüş zamanı Tramp İtaliya prezidenti Sercio Mattarellanı İtaliya pendiri olan mozzarellaya bənzər şəkildə tələffüz edib. Buna baxmayaraq, ABŞ prezidenti səhvlərinə ara vermədən davam edib.

İki ölkə arasındakı münasibətlərin Qədim Roma dövrünə qədər gedib çıxdığını deyən Tramp hələ Amerika kəşf edilməzdən əvvəl bu əlaqələrin qurulduğunu deyərək tərcüməçini dəhşətə gətirib:

“ABŞ və İtaliya min il bundan əvvəl Qədim Roma İmperatorluğuna qədər gedib çıxan ortaq mədəni və siyasi mirasla bir-birinə bağlı olub”, – ifadələrini işlədən Trampın açıqlamasından sonra tərcüməçi eşitdiyi səhv məlumatların qarşısında şoka düşüb. Tərcüməçinin Trampın səhvləri qarşılığında diqqət çəkən üz ifadələri isə sosial mediada gündəm olub.

KONKRET.AZ  sözügedən görüntüləri təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*