Trampın etirafı: Bəşər Əsədin öldürülməsi planını müzakirə etmişikbackend

Trampın etirafı: Bəşər Əsədin öldürülməsi planını müzakirə etmişik

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə Suriya prezidenti Bəşər Əsədin ləğvi məsələsini nəzərdən keçirdiyini etiraf edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

“Gərək onu öldürəydik. Bunun üçün hər şeyi hazırladıq. Mattis (keçmiş Müdafiə Naziri Ceyms Mattis) bunu etmək istəmədi”. Əl-Masdar nəşri Amerika Prezidentindən sitat gətirir.

İlk dəfə Trampın Suriya rəhbərliyinin mülki şəxslərə qarşı kimyəvi silah istifadə etməsi ittihamlarından sonra Suriya prezidentini vəzifəsindən kənarlaşdırma ehtimalını müzakirə etdiyi barədə məlumat jurnalist Bob Vudvardın bir kitabında yer alıb.

Sonra 2018-ci ildə Tramp belə bir mövzunun gündəmə gətirildiyini inkar edib.

Avqust ayının sonunda news.ru Suriya Prezidenti Bəşər Əsədin Suriya hökumətinin yeni tərkibini təsdiqlədiyini yazıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*