Trampın məxfi saxladığı ŞOK SƏNƏD üzə çıxdı: ABŞ əsgərlərinə bu əmr verilirmiş…backend

Trampın məxfi saxladığı ŞOK SƏNƏD üzə çıxdı: ABŞ əsgərlərinə bu əmr verilirmiş...

ABŞ Prezidenti Co Bayden administrasiyası keçmiş rəhbər Donald Tramp tərəfindən döyüş bölgələrinin xaricində zərbə vurmaq üçün qəbul edilən qaydaları açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat yayıb.

2017-ci ildə qəbul edilən sənəddə Amerika tərəfinin ölkə xaricində “terrorla mübarizə tədbirləri” apararkən əməl etməli olduğu bir sıra prinsiplər yer alıb.

Xüsusi olaraq, sənəddə pilotsuz təyyarələrin istifadəsindən və xüsusi təyinatlı qüvvələrin hərəkətlərinin tənzimlənməsindən bəhs edilib. Məsələn, qaydalara görə, terrorçularla mübarizə əməliyyatları zamanı xüsusi təyinatlılara düşməni məhv etmək deyil, kəşfiyyat məlumatı əldə etmək üçün onu tutmaq əmri verilib. Eyni zamanda, sənəddə pilotsuz təyyarələrin və digər silah növlərinin vurulması qaydaları da açıqlanıb.

Qəzet qeyd edir ki, “gizli” şəkildə qəbul edilmiş qaydaların elan edilməsi məhkəmələr yolu ilə həll edilməli idi. Keçən il Amerika Vətəndaş Azadlığı Birliyi “Nyu-York Tayms” ilə birlikdə bu barədə açıqlama tələb edib. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*