Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürüldübackend

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürüldü

Norveçin Tərəqqi Partiyasından olan deputat Kristian Tibrinq-Gedde ABŞ prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb.

KONKRET.az xəbər verir ki, məlumatı “Fox News” yayıb.

Deputat hesab edir ki, D.Tramp dünyada münaqişələrin həlli istiqamətində böyük səylər göstərir və buna görə Nobel Sülh mükafatına layiqdir.

Onun sözlərinə görə, ABŞ prezidenti İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yaranmasında aparıcı rol oynayıb.

Qeyd edək ki, ötən il də D.Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülmüşdü.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*