Kambocanın Baş naziri Hun Manet Nobel Sülh Komitəsinə məktub göndərərək, ABŞ Prezidenti Donald Trampın xidmətlərini sülh mükafatı ilə qeyd etməyi təklif edib.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kamboca Mətbuat Agentliyi məlumat yayıb.
“Kamboca Krallığının baş naziri olaraq, dünyada sülhün möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ABŞ-nin 45-ci və 47-ci Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürmək şərəfinə malikəm”, – deyə o vurğulayıb.
Baş nazir Kamboca və Tailand arasındakı sərhəddə sülh və sabitliyin bərpasında həlledici roluna görə Trampa səmimi minnətdarlığını bildirib.
Xatırladaq ki, iyulun 24-də Tailand və Kamboca sərhədində silahlı toqquşmalar başlamışdı. Avqustun 7-də isə iki ölkə nümayəndələri Kuala-Lumpurda danışıqlardan sonra sərhəddəki gərginliyin aradan qaldırılması üçün razılığa gəliblər.