Trampın Panama kanalına nəzarəti ələ keçirməsi baş tutmayacaqbackend

Trampın Panama kanalına nəzarəti ələ keçirməsi baş tutmayacaq

Panama prezidenti Xose Raul Mulino ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın etirazından sonra Amerika gəmilərinin Panama kanalından keçməsi üçün rüsumları azaltmaq fikrində olmadığını açıqlayıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb: “Qiymətlər prezidentlərin və  kanal rəhbərliyinin istəyi ilə müəyyən edilmir. Bu, açıq, ictimai prosesdir”, -deyə  Mulino bildirib. Panama prezidenti vurğulayıb ki, andiçmədən sonra Trampla qeyri-qanuni immiqrasiyanı müzakirə edəcək. Mulino eyni zamanda vurğulayıb ki, Vaşinqton Panama kanalı üzərində nəzarəti bərqərar etməkdə uğur qazana bilməyəcək: “Hüquqi və siyasi reallığın nəzərdən keçirilməsini müzakirə etmək variantı yoxdur”, deyən Mulino kanalın Panamaya aid olduğunu əlavə edib. Dekabrın 22-də Tramp bəyan edib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*